Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 15:39
85 saylı Şamaxı Seçki Dairəsində Milli Məclisə seçkilərin mühüm mərhələsi olan səsvermə kampaniyası seçicilərin yüksək fəallığı şəraitində keçir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, dairənin sədri Hüseyn Rəcəbov bildirib ki, dairənin əhatə etdiyi 63 məntəqədə 41 min 648 nəfər seçici var. Onlar 9 nəfər arasında istədikləri namizədə səs verməlidirlər. Müraciət edən xəstə və ahıl seçicilər üçün səyyar qutu vastəsilə səsvermə həyata keçirilir.
Dairə sədri vurğulayıb ki, məntəqələrdə səsvermə Seçki Məcəlləsinə uyğun olaraq tam aşkarlıq və demokratik şəraitdə keçir. Prosesin gedişini ayrı-ayrı siyasi partiyalardan olan və öz təşəbbüsü ilə qeydə alınan 830 nəfər müşahidəçi, həmçinin ATƏT-dən olan 4 nəfər, AŞPA-dan 2 nəfər, MDB-dən də 2 nəfər izləyir.