Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır

ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır

Tarix: 20 Aprel 2019 14:12

Bakı. Ləman Zeynalova - Trend:

Mən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək növbəti mümkün görüşünü səbrsizliklə gözləyirəm.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Bakıda "Alumni Fair" təhsil sərgisi zamanı deyib.

Səfir qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir və qrupun məqsədi tərəfləri münaqişənin sülh yolu ilə həllinə doğru gətirməkdir:

“Biz XİN rəhbərlərinin Moskvada keçirilmiş görüşünü, eləcə də görüşdən sonrakı bəyanatı alqışlayırıq. Hamımız tərəflərin dialoqunun davam etdirilməsini səbrsizliklə gözləyirik. Biz şadıq ki, XİN rəhbərləri növbəti görüşünü keçirəcək”.

Qeyd edək ki, ABŞ Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşünü Vaşinqtonda keçirməyi təklif edib.

Görüş təklifi barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bildirib:

"Dünən ABŞ tərəfindən Vaşinqtona səfər etmək təklifi aldıq, burada da Dövlət katibi bu münaqişənin nizamlanmasına nail olmaq yolunda öz təkliflərini səsləndirəcək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ səfiri Azərbaycan Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ