Tarix: 9 Fevral 2020 18:54
Avropada hökm sürən qarlı hava şəraiti Türkiyə Superliqasına da təsirsiz ötüşməyib.
Qol.az xəbər verir ki, sabah keçirilməsi nəzərdə tutulan “Göztəpə” - “Rizəspor” qarşılaşması təxirə salınıb.
Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Qarşılaşmanın keçirilmə vaxtı daha sonra müəyyənləşəcək.
TFF 1-ci, 2-ci və 3-cü liqa oyunlarından da bir neçəsinin təxirə salındığını açıqlayıb.