Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2020 13:00
Premyer Liqanın 16-cı turunun “Qarabağ” – “Neftçi” matçından (0:0) sonra qonaq komandanın azarkeşləri kapitan Emin Mahmudova etiraz ediblər.
Qol.az xəbər verir ki, “Forza Neftçi” azarkeş qrupu oyun bitəndə futbolçuları yanlarına çağırsa da, Mahmudov onların bu istəyini yerinə yetirməyib.
Bu səbəbdən azarkeşlər Emini fitə basaraq “Emin hardasan, harda itib batmısan” şüarı səsləndirib.