Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərdar Ortaç yeni sevgilisi ilə görüntüləndi - FOTO

Sərdar Ortaç yeni sevgilisi ilə görüntüləndi - FOTO

Tarix: 11 Fevral 2020 16:00

Türkiyəli müğənni Sərdar Ortaç yeni sevgilisi ilə görüntülənib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, evliliyini 6 ay öncə yekunlaşdıran ifaçı "Benimle söyle" yarışmasında jüri olan həmkarı Seçil Güllə İstanbulun Bəbək bölgəsində obyektivlərə tuş gəlib.

Üç saatdan artıq restoranda vaxt keçirən cütlük məkandan birlikdə ayrılıblar. Öncə qapıdan Seçil Gür çıxaraq jurnalistlərin olub-olmamağını yoxlayıb. O, Sərdara səslənərək "Gəl, həyatım, heç kim yoxdur" sözlərini deyib. Lakin bir anda jurnalistləri qarşısında görərək təəccüblənib.

S.Ortaç jurnalistlərin "Yeni münasibətiniz xeyirli olsun" sözlərinə "Maşını deyirsiniz? Hə, yenidir. Sağ olun" deyə, cavab verib.

Qeyd edək ki, müğənni bundan öncə Xloe Luqnan adlı irlandiyalı modellə evli idi. Onların sevgi münasibəti 8 il çəkib.


Etiketlər:  Sərdar Ortaç yeni sevgilisi ilə görüntüləndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ