Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus''da vacib görüş

''Yuventus''da vacib görüş

Tarix: 11 Fevral 2020 16:40

"Yuventus" rəhbərliyi komandanın baş məşqçisi Maurisio Sarri ilə görüşüb.

Qol.az "Tuttsport"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis Turin təmsilçisinin Andrea Anyelli ilə  görüş zamanı birgə yemək yeyib. Görüşdə komandanın nəticələri və bundan sonrakı gedişat müzakirə olunub.

Yekunda Aqnelli Sarriyə olan inamını ifadə edib. Ancaq o, qarşıdakı oyunlarda müsbət nəticə görmək istədiyini söyləyib.  Klub rəhbəri İtaliya kubokunun yarımfinalında "Milan", Çempionlar Liqasının 1/8 finalında "Lion" və A seriyasında "İnter"lə görüşlərdə yaxşı nəticələrə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl "Yuventus"un Sarrini istefaya göndərəcəyi xəbərləri yayılmışdı.

 


Etiketlər:  Yuventusda vacib görüş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ