Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 16:50
Yanvarın 26-dan Rusiyanın Çita bölgəsində koronavirusdan müalicə alan Çin vətəndaşı xəstəxanadan evə buraxılıb.
"Standartlara və qaydalara uyğun olaraq, bütün lazımi diaqnostik və müalicə tədbirləri görüldü. Bu gün xəstə evə buraxıldı", - xəstəxananın baş həkimi Sergey Yurçuk bildirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, evə buraxılan kişinin həyat yoldaşı və qızı xəstə ilə təmasda olduqları üçün fevralın 14-nə qədər tibb müəssisəsində saxlanılacaqlar.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxmuş digər bir xəstə - çinli tələbə də Tümen vilayətindəki xəstəxanada müalicəsini başa vuraraq evə buraxılmışdı. Bununla da Rusiyada yeni tip koronavirusa yoluxmuş hər iki xəstə sağlamlığına qovuşub.