Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 23:24
Almaniyanın bərpaolunan enerji şirkəti "Baywa r.e." Avropanın ən böyük üzən günəş elektrik stansiyasının inşasına başlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 27 meqavatlıq "Bomhofsplas" günəş elektrik stansiyası Niderlandın Zvolle şəhərindəki bir göldə qurulacaq və 73 min günəş panelindən ibarət olacaq. İki həftə ərzində stansiyanın inşasının üçdəbiri tamamlanıb.