Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Renatın qolu İngiltərədə ayın ən yaxşısına namizəd oldu - VİDEO

Renatın qolu İngiltərədə ayın ən yaxşısına namizəd oldu - VİDEO

Tarix: 13 Fevral 2020 11:36

"Vulverhempton"da çıxış edən millimizin futbolçusu Renat Dadaşovun qolu İngiltərə klubunda yanvar ayının ən yaxşı qoluna namizəd olub.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 20 yaşlı hücumçunun U-23-ün heyətində Beynəlxalq Premyer Liqa Kubokunun qrup mərhələsinin son turunda  "Liverpul"un 23 yaşlılardan ibarət kollektivinin qapısından keçirdiyi top ötən ayın ən yaxşı qoluna namizədlər sırasında yer alıb.

Futbolsevərlər səsvermədə iştirak edərək ötən ayın ən yaxşı qolunu müəyyənləşdirəcək.

Qeyd edək ki, R. Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib.


Etiketlər:  Renatın qolu İngiltərədə ayın yaxşısına namizəd oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ