Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 12:06
Dünən İmişli rayonunda bir ailədə baş verən zəhərlənmə faktı da onu göstərir ki, insanlar ev şəraitində texnologiyalara düzgün əməl etmədən konserv məhsulu hazırlayırlar.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən gün Azərbaycanda bir ailə ev şəraitində hazırlanan konserv məhsulunu qəbul etdikdən sonra ailənin bir üzvü dünyasını dəyişib. İki nəfər isə qida zəhərlənməsi diaqnozu ilə xəstəxanada müalicə olunur: "Biz əhaliyə bir daha müraciət edərək bildirmək istəyirik ki, məhsulları kustar üsulla hazırlayan zaman həddindən artıq diqqətli olsunlar. Dönərkərlə əlaqədar zəhərlənmə faktlarının ən çox dönər hazırlayan şəxslərin qida ilə düzgün rəftar etməməsi səbəbindən baş verdiyini aşkarlamışıq.Yəni bir sıra ərzaq məhsullarının saxlanma şəraitinə düzgün əməl etmirlər. Eyni zamanda ət və ət məhsulları, digər tez xarab olan məhsullarla təmasda olarkən sanitar-gigiyenik qaydaya əməl etmirlər.