Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda 18 min manat pensiya alan kimdir?

Azərbaycanda 18 min manat pensiya alan kimdir?

Tarix: 13 Fevral 2020 18:54

Ötən gün Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəylinin Azərbaycanda 18 min manat məbləğində pensiya verilməsi ilə bağlı açıqladığı statistika sosial şəbəkələrdə maraqla qarşılanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ictimaiyyət arasında həmin şəxsin kimliyi  barədə sual yaranıb. Belə ki, onun hansı sektordan (dövlət və ya özəl) pensiyaya çıxması müzakirələrə səbəb olub.

"Qafqazinfo" həmin şəxslə bağlı bəzi məlumatları əldə edib. Bildirək ki, 18 min manat məbləğində pensiya alan şəxs özəl sektorda çalışıb. O, yüksək maaş aldığına görə böyük məbləğdə pensiya kapitalı toplaya bilib.

Ümumilikdə isə, ölkədə 10 min manatın üzərində pensiya alanların sayı az deyil. Ancaq 18 min manat pensiya alan cəmi bir nəfər var.

Milli.Az


Etiketlər:  Azərbaycanda 18 min manat pensiya alan kimdir


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ