Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 20:35
"Hədiyyənin zamanı olmur, insanın içindən gəlirsə, hər zaman ala bilər".
Sonxeber.net xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında ötən günlərdə doğum gününü qeyd edən müğənni Günay İbrahimli deyib.
O, sevgilisindən dəyərli hədiyyə alsa da, bu barədə danışmaq istəməyib:
"Kişiyə hədiyyə olaraq saat, geyim, parfüm və eynək almağı xoşlayıram. Ola bilər ki, vitrində nəsə görüm, bəyənim və onun üçün alım. Ancaq düşünürəm ki, sevgi münasibətlərində hədiyyəni ən çox kişi almalıdır. Nə olduğunun fərqi yoxdur. Amma dostlarım nəsə alanda deyirəm ki, nə alacaqsınızsa, gəlim özüm seçim ki, bəyənim və sonra atmayım. Əslində, bu gözəl bir şeydir. Çünki dostlarım dəyərlidir ki, onların hədiyyələrinə önəm verirəm. Amma qiymətinin önəmi yoxdur. Baxır o hədiyyəni sənə kim verir".