Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Apple" yenilənmiş "MacBook Pro" noutbukunu təqdim edib

Tarix: 22 May 2019 06:44

Bakı. Trend:

"Apple" şirktəti ilk dəfə olaraq səkkiz nüvəli prosessor ilə təchiz olan "MacBook Pro" noutbuk modelini təqdim edib.

Trend-in məlumatına görə, bu barədə şirkət öz rəsmi saytında bildirib.

Məlumata əsasən, yenilənmiş "MacBook Pro" səkkizinci və doqquzuncu nəsil Intel prosessorları ilə təchiz olunacaq ki, bu da onu keçmiş modellərdən daha sürətli edecək. Əvvəlki kimi, noutbuk, iki ölçüdə təqdim olunacaq - 13 və 15 düym və iki rəng variyasiyasında - "gümüş" və "boz kosmos".

"MacBook Pro"nun böyük versiyası altı və səkkiz nüvəli prosessorlar ilə olacaq. 13 düymlük versiya yenilənmiş dördüncü prosessor ilə təchiz olunacaq.


Etiketlər:  Apple yenilənmiş MacBook Pro noutbukunu təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ