Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçılarının podium məşqləri keçirilir - FOTO

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçılarının podium məşqləri keçirilir - FOTO

Tarix: 14 Fevral 2020 12:46

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçılarının podium məşqləri keçirilir.

Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralın 15-16-da Bakıda baş tutacaq.

30 ölkənin 150-dək gimnastının mübarizə aparacağı builki turnir 2020-ci Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast - Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.

Milli.Az Trend-ə istinadən məşqlərdən fotoreportajı təqdim edir:

Milli.Az


Etiketlər:  Milli Gimnastika Arenasında batut gimnastikası tamblinq üzrə Dünya Kubokunun iştirakçılarının podium məşqləri keçirilir FOTO


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ