Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəqsanə əri ilə klipə çəkildi - VİDEO

Rəqsanə əri ilə klipə çəkildi - VİDEO

Tarix: 14 Fevral 2020 13:20

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla birgə kamera qarşısına keçib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Həyatıma xoş gəldin" adlı klipinin görüntülərini sosial şəbəkədə paylaşan Rəqsanə 14 fevral tarixinin onun üçün özəl olduğunu bildirib. Belə ki, bu gün həm sənətçinin nikah bağladığı, həm də sevgililər günüdür.

"Həyatıma xoş gəldin... İlk dəfə bu sözü sənə 8 il öncə dedim. Bu ekran işi bizim sevgi hekayəmizin başlanğıcından bəhs edir. Hər zaman sizinlə kədərimi, dərdimi bölüşdüyüm kimi bu gün xoş və xoşbəxt günümü paylaşıram. Çox həyəcanlıyam. Həm yeni ifamın, klipin həyəcanı var, həm də bu tarixin sevinci və sevincdən doğan göz yaşları... Arzu edirəm ki, hər zaman sevin və sevilin, ətrafınızda sizə dəyər verən insanlar olsun", - deyə Rəqsanə qeyd edib.

Milli.Az


Etiketlər:  Rəqsanə əri ilə klipə çəkildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ