Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 17:10
2020-ci ilin yanvarında Azərbaycan vətəndaşları Türkiyədə 99 daşınmaz əmlak əldə edib ki, bu da 2019-cu ilin yanvarı ilə müqayisədə 4 obyekt çoxdur.
Sonxeber.net xəbər verir ki, Trend bu barədə Türkiyənin Torpaq kadastrı və alqı-satqı işləri üzrə dövlət orqanına istinadən məlumat verir.
Ümumilikdə, ötən ay Türkiyədə 113 615 daşınmaz əmlak satılıb ki, bu da 2019-cu ilin yanvarı ilə müqayisədə 55,8 faiz çoxdur.
2020-ci ilin yanvarında Türkiyədə əcnəbilərə 3 907 daşınmaz əmlak satılıb. Bu göstərici ötən ilin yanvarı ilə müqayisədə 23,3 faiz çoxdur.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycan vətəndaşları Türkiyədə 1 191 daşınmaz əmlak əldə edib və bu 2018-ci illə müqayisədə 59 obyekt azdır.
Azərbaycan vətəndaşları 2019-cu ilin dekabr ayında Türkiyədə 146 daşınmaz əmlak əldə edib. Bu, 2018-ci ilin dekabrı ilə müqayisədə 20 obyekt azdır.