Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 19:34
Şəmkir rayonunda qadına qarşı amansız cinayət törətmiş Abbasov Elnur Fikrət oğlu barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
Sonxeber.net news24.az-a istinadən xəbər verir ki, E.Abbasov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 150.1 ( Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə), 149.2.4 (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə), 149.2.5 (149.2.4-cü maddələrdəki əməllər təkrar törədildikdə), 157.1 (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) və 181.1-ci (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddələri ilə açılan işin materialları Gəncə Ağlr Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Faiq Mahmudovun sədrliyi ilə baxılacaq. Hazırlıq iclası 24 fevralda keçiriləcək.
Qeyd edək ki, E.Abbasov Şəmkir şəhər sakini olan A.İ adlı qadının evinə zorla daxil olaraq ona qarşı ağır dərəcəli seksual xarakterli cinayətlər, eləcə də quldurluq əməli törədib. O, qadını dəfələrlə zorlayıb və törətdiyi əməli heç kimə deməməsi məqsədilə onu ölümlə hədələyib.