Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 19:44
Dünyanın ən iri smartfon istehsalçısı, Cənubi Koreyanın "Samsung" şirkətinin Direktorlar Şurasının sədri Li San Hun istefa verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, o, həmkarlar təşkilatının işinə maneçilik törətmək ittihamı ilə cəzalandıqdan sonra vəzifəsini tərk edib.
Qeyd olunur ki, şirkət rəhbəri bir müddət əvvəl 18 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Bundan başqa, şirkətin 31 əməkdaşı da həmkarlar təşkilatına qarşı qanunsuz fəaliyyətdə ittiham olunub.