Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Otellərdə evli olmayan sevgililəri həbs ediblər

Otellərdə evli olmayan sevgililəri həbs ediblər

Tarix: 15 Fevral 2020 12:46

Dünyanın ən çox müsəlman yaşayan ölkəsi İndoneziyada polis Sevgililər Günü ilə bağlı reyd keçirib. Otellərdə evli olmayan sevgililəri həbs ediblər.

Sonxeber.net Bizimyol.info-ya istinadən xəbər verir ki, "Daily Mail" İndoneziyadakı reydlə bağlı yazı hazırlayıb. Burada xüsusilə Cənubi Sulavesi əyalətinin Makasar şəhərində polislərin xeyli adamı saxladığı yazılıb.

Makasar polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin açıqlamasında deyilir: "Sosial xəstəliklərə yox deyilməlidir. Biz cəmiyyətə mədəniyyətimizə və etikamıza uyğun davranmağı xatırladırıq. Prezervativlər yalnız evli insanlar üçündür. Bu, açıq satılmamalıdır. Xüsusilə uşaq şirniyyatının, məsələn, şokoladın yanında".

Saxlanılanların arasında Almaniyanın bir vətəndaşı da olub. Ona polis şöbəsində mənəviyyatla bağlı uzun mühazirə söyləyiblər.

Şəriət qanunlarının ciddi dayaqlarının olduğu Açex vilayərində Sevgililər Gününün qeyd olunması qadağan edilib. Depok şəhərində də bayram keçirilməsinə imkan verilməyib.

İndoneziyanın əhalisi 270 milyon nəfərdən çoxdur. Ölkədə yaşayanların təxminən 88 faizi müsəlmandır.


Etiketlər:  Otellərdə evli olmayan sevgililəri həbs ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ