Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səfir: "Azərbaycan dünya idmanında vacib rol oynayır"

Səfir:

Tarix: 15 Fevral 2020 14:12

"Azərbaycanda müntəzəm olaraq müxtəlif idman tədbirləri keçirilir. Biz ölkənin dünya idmanında vacib rol oynadığını görürük".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib.

O bildirib ki, Milli Gimnastika Arenasında əla mühit hökm sürür.

Səfir vurğulayıb ki, Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku idmançılar üçün vacib əhəmiyyət daşıyır, çünki bu yarış 2020-ci il Tokio Yay Olimpiya oyunlarına lisenziya xarakteri daşıyır.

Azərbaycanda gimnastikanın inkişafından danışan Z.Qross qeyd edib ki ki, bu idman növü ölkədə hər kəs üçün əlçatandır: "Bu, çox demokratik idman növüdür. Daha çox insanın, xüsusilə də uşaq və yeniyetmələrin gimnastika ilə məşğul olması vacibdir".

Səfir əlavə edib ki, idman sahəsində Fransa ilə Azərbaycan arasında sıx əməkdaşlığa ümid edir.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast - Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edir.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Milli.Az


Etiketlər:  Səfir Azərbaycan dünya idmanında vacib rol oynayır


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ