Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İnter" Sensini itirdi

Tarix: 15 Fevral 2020 14:50

"İnter"in yarımmüdafiəçisi Stefano Sensi yenidən sıradan çıxıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu İtaliya kuboku çərçivəsində "Napoli"yə qarşı keçirdikləri oyunda zədələnib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçunun nə qədər müddətə yaşıl meydanlardan kənarda qalacağına yaxın günlərdə, ətraflı müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Sensi zədədən yenicə qayıtmışdı. İnter-in gənc futbolçusu ötən ilin sonunda da oxşar problemlə üzləşmişdi.

Milli.Az


Etiketlər:  İnter Sensini itirdi


RƏYLƏR