Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2020 13:30
Ukrayna, Gürcüstan və Moldova Avrokomissiyaya maliyyə yardımı xahişi ilə müraciət edib.
Ukraynanın xarici siyasət idarəsinin saytında bildirilir ki, məktub hər üç ölkənin Xarici İşlər nazirliklərinin başçıları tərəfindən imzalanıb.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, nazirlər yaxın yeddi il üçün büdcəni tərtib edərkən Ukrayna, Gürcüstan və Moldovanın Avropaya inteqrasiya prosesində həyata keçirdikləri və planlaşdırdıqları islahatların miqyası və ambisiyasını nəzərə almağı xahiş ediblər.
Onlar gələcəkdə dövlətlərin ehtiyaclarına resursların artırılmasının vacibliyini də qeyd ediblər.