Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirus şübhəsi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 2 Azərbaycan vətəndaşı ilə bağlı AÇIQLAMA

Koronavirus şübhəsi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 2 Azərbaycan vətəndaşı ilə bağlı AÇIQLAMA

Tarix: 16 Fevral 2020 14:03

Dünən Türkiyədən Azərbaycana gətirilərək 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 2 Azərbaycan vətəndaşında koronavirus şübhəsi yoxdur.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.

Onun sözlərinə görə, həmin şəxslərdə yüksək hərarət aşkar edilməyib: "Cəmi 2 nəfər xəstəxanaya yerləşdirilib. Onlar artıq karantin müddətini keçəndən sonra Azərbaycana gətirilib və koronavirus şübhəsi yoxdur. Hərarətləri 37.3 dərəcə olub. Hazırda onlar müayinə edilirlər. Səhhətləri normallaşandan sonra evə buraxılacaqlar".

Xatırladaq ki, fevralın 1-də Çin Xalq Respublikasının Uxan şəhərində yayılan yeni növ koronavirusla əlaqədar təxliyə olunan və Ankaradakı doktor Zekai Tahir Burak Qadın Sağlığı Təhsili və Araşdırma Xəstəxanasında karantində olan Azərbaycan vətəndaşları ötən gün sözügedən xəstəxananı tərk ediblər və təyyarə ilə Bakıya yola salınıblar.

Milli.Az


Etiketlər:  Koronavirus şübhəsi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 2 Azərbaycan vətəndaşı ilə bağlı AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ