Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Berlinale" film festivalı nasistlərlə əlaqəsinə görə Alfred Bauer mükafatını ləğv etdi

Tarix: 17 Fevral 2020 09:00

Berlində keçirilən film festivalı təsis direktoru Alfred Bauerin nasistlərin təbliğat təşkilatında birbaşa iştirak etdiyi məlum olduqdan sonra müsabiqənin ən böyük mükafatlarından birini ləğv etdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, A.Bauerin mübahisəli keçmişi "Die Zeit" qəzeti tərəfindən dərc edilən məqalədə açıqlanıb. Jurnalist araşdırması onun Nasist partiyasının fəal üzvü, müharibədən əvvəl "Sturmabteilung" (əməliyyat-hücum qrupları) üzvü və sonradan 1942-ci ildə film sənayesinə nəzarət etmək üçün Təbliğat Nazirliyi tərəfindən yaradılan Yozef Gebbelsin "Reichsfilmintendans" qurumunun birinci idarəçi şəxslərindən olduğunu müəyyənləşdirib .

Nasist partiyası üçün hazırlanan hesabatların birində o, "qüsursuz siyasi baxışlara malik" bir insan kimi təsvir edilib.

Alfred Bauer 1951-ci ildən 1976-cı ilədək "Berlinale"nin sədri olub. 1987-ci ildə ölümündən bir il sonra A. Bauer adına "Gümüşü Ayı" mükafatı təsis edildi. Bu "kino sənətində yeni istiqamətlərin kəşfi " üçün təltif edilən mükafat oldu.

Xatırladaq ki, 70 illik yubileyini qeyd edən film festivalı Berlində fevralın 20-dən martın 1-dək keçiriləcək.

Milli.Az


Etiketlər:  Berlinale film festivalı nasistlərlə əlaqəsinə görə Alfred Bauer mükafatını ləğv etdi


RƏYLƏR