Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sədərək"də yanğın söndürülüb: 22 mağaza tam yanıb, zəhərlənənlər var - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 18 Fevral 2020 10:52

10:51

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı 22 mağaza tam yanıb, 8 mağazaya isə söndürülərkən ziyan dəyib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında mərkəzin mətbuat katibi Mikayıl Qədimov bildirib. Onun sözlərinə görə, yanğın tam söndürülüb: "Tüstüdən zəhərlənmə ilə bağlı bir neçə nəfərə ilkin tibbi yardım göstərilib. Hadisə nəticəsində yanan mağazalardakı mallar, əsasən, pərdə və parçalardır".

M.Qədimov əlavə edib ki, hazırda ərazidə təmizləmə işləri gedir.

Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib.

----------
10:07

"Sədərək" ticarət mərkəzində baş verən yanğın söndürülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yanğında beş nəfər tüstüdən zəhərlənib, bir nəfər isə yüngül xəsarət alıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə verilən məlumata görə, yanğınla əlaqədar əraziyə 5 tibbi briqada cəlb edilib: "Hadisə nəticəsində 9 nəfərə yerində yardım göstərilib, 1 nəfər travma ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib".

Onlardan ikisi 160 kvadratmetrlik ayaqqabı mağazalarıdır.

---------
09:23

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib. Onun sözlərinə görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib. Artıq yanğın lokallaşdırılıb.

"Sədərək" Ticarət Mərkəzinin Mətbuat katibi Mikayıl Qədimov isə Trend-ə bildirib ki, yanğın hadisəsi artıq söndürülüb.

Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib.

----------
08:43

Bakıda ticarət mərkəzində yanğın başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Sədərək" ticarət mərkəzi yanır.

Məlumata görə, yanğın Ticarət mərkəzinin birinci zonasındakı çartaqda başlayıb.

Yanğının bir neçə mağazaya keçdiyi bildirilib.

Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub.

Yanğının qarşısının alınması istiqamətində işlər görülür.

Milli.Az


Etiketlər:  Sədərəkdə yanğın söndürülüb 22 mağaza tam yanıb zəhərlənənlər var YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ