Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2020 12:36
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətində yoxlamalar təkcə Maliyyə Nazirliyi tərəfindən aparılmayıb. "Aqrolizinq"də həmçinin son bir ildə iki beynəlxalq şirkət tərəfindən audit və qiymətləndirmə keçirilib.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
O bildirib ki, yoxlamalar zamanı qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir: "Aqrolizinq ASC 2019-cu ilin yanvarından etibarən kənd təsərrüfatı texnikası və damazlıq heyvanların alqı-satqısı ilə məşğul olmur".