Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ət konservlərində antibiotiklər və at DNT-si aşkar edilib

Ət konservlərində antibiotiklər və at DNT-si aşkar edilib

Tarix: 19 Fevral 2020 07:50

"Rusiya Keyfiyyət Sistemi" şirkəti ("Roskaçestvo") portlədilmiş ət konservlərində ("tuşyonka") antibiotiklər və at DNT-si aşkar edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təşkilatın yaydığı məlumata görə, ekspertlər Rusiyada istehsal olunan 23 ticarət markasının məhsullarını yoxlayıblar. Məlum olub ki, 5 ticarət markasının məhsullarına antibiotiklər qatılıb. Mal əti konservlərinin 6 markasında donuz, üçündə toyuq, birində isə at DNT-si aşkarlanıb. Tədqiqat zamanı 7 markada ət bulyonunun 50 faiz su ilə qarışdırıldığı üzə çıxıb.

Eyni zamanda, təşkilat ət konservlərinin mikrobioloji göstəricilərində pozuntu aşkar etməyiblər. Belə ki, konservlərin tərkibində kif, maya, patogen mikroorqanizmlər, bakteriyalar tapılmadığı üçün təşkilat ət konservlərini təhlükəsiz hesab edib.


Etiketlər:  konservlərində antibiotiklər aşkar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ