Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2020 14:06
"Yuventus"un futbolçusu Sami Xedira yaşıl meydanlara qayıtmağa hazırlaşır.
Qol.az "Calciomercato"ya istinadən xəbər verir ki, o, A seriyasının 25-ci turunda SPAL-a matçda oynamağa hazır olacaq. Bildirilir ki, baş məşqçisi Maurisio Sarri şans verəcəyi təqdirdə, alman yarımmüdafiəçi sözügedən görüşdə iştirak edəcək.
Qeyd edək ki, S.Xedira dekabrda sol dizindən əməliyyat olunmuşdu.