Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2020 19:34
"Bakı şəhərində yaşıllıqlar əsasən 60-80-ci illərdə salındığından mövcud yaşıllıqların ən azı 50-60 yaşı var".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu səbəbdən də ağacların dekorativ nöqteyi nəzərdən yararsız vəziyyətə düşməsi, atmosferin, küləklərin təsirindən sınması, eybəcər hala düşməsi normal haldır.
C.Məmmədov əlavə edib ki, yaşı çox olan ağaclar daha çox Bakının Nizami rayonunun "8 km" adlanan ərazisindədir.
Birlik rəsmisi qeyd edib ki, yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazasının yaradılması çevik qərarların verilməsi, ərazinin analiz edilməsi, bunun nəticəsində yeni ərazilərdə əlavə yaşıllıqların salınmasına dair qərarların verilməsinə böyük dəstək olacaq: "Məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ilkin olaraq Bakı şəhərində yaratdığı yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası bizə imkan verəcək ki, ərazilərdə daha dəqiq olaraq ağac və kol növlərinin seçərək əkilməsinə nail olaq. Bu, vaxtında qaldırılmış məsələdir və bunun mütəmadi olaraq həyata keçirilməsi zəruridir".