Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hamı ''Qarabağ''a məğlubiyyətimizə məyus oldu''

''Hamı ''Qarabağ''a məğlubiyyətimizə məyus oldu''

Tarix: 22 Fevral 2020 10:18

Lüksemburqun "Düdelanj" komandasının baş məşqçisi Bertran Krasson "Lequotidien" nəşrinə müsahibə verib.

49 yaşlı mütəxəssis çempionatdakı vəziyyətdən və avrokuboklardakı oyunlardan da danışıb.

Belçikalı məşqçi "Qarabağ"a evdə 1:4 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci tur matçından sonra azarkeşlərin məyus olduğunu vurğulayıb: "Qrup mərhələsinin ilk turunda APOEL-i 4:3 hesabı ilə məğlub etdik. Nikosiyadakı qələbəmizdən sonra hər kəs Lüksemburqda "Qarabağ"ı məğlub edə biləcəyimizi normal qarşılayırdı. Bütün insanlar məğlubiyyətimizdən sonra məyus oldular".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının A qrupunu 5 xalla 3-cü, "Düdelanj" isə 4 xalla 4-cü sırada bitirib.

 


Etiketlər:  Hamı Qarabağa məğlubiyyətimizə məyus oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ