Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vüqar Kərəmov Yaponiyada zədələnsə də, qələbə qazandı - VİDEO - FOTO

Vüqar Kərəmov Yaponiyada zədələnsə də, qələbə qazandı - VİDEO - FOTO

Tarix: 22 Fevral 2020 13:48

Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmovun "Rizin" turnirində debütü uğurlu alınıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, 28 yaşlı idmançımız Yaponiyanın Hamamatsu şəhərində keçirilən "Rizin 21" turnirində özündən iki yaş böyük Quam (ABŞ) təmsilçisi Kayl Aquondan üstün olub.

Görüş əsnasında sağ qaşından zədə alsa da, idmançımız hakimlərin yekdil qərarına əsasən qalib elan edilib.

Bu, onun peşəkar MMA karyerasında 15-ci qələbəsi olub. Həmçinin, bu döyüşlə V.Kərəmov ardıcıl 11-ci qələbəsini qazanıb.

Milli.Az


Etiketlər:  Vüqar Kərəmov Yaponiyada zədələnsə qələbə qazandı VİDEO FOTO


RƏYLƏR