Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Berlində Ümumavropa Qarabağ mitinqi keçirilib - FOTO - YENİLƏNİB

Berlində Ümumavropa Qarabağ mitinqi keçirilib - FOTO - YENİLƏNİB

Tarix: 22 Fevral 2020 18:18

18:15

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirilib.

Milli.Az xəbər verir ki, aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıb.

Onlar yaşadıqları ölkələrin xalqlarının dilində çıxış edək, 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırıma beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb edib, Xocalı, Qarabağ həqiqətlərini səsləndirib, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında danışıqblar.

Mitinqdə "Qarabağa Azərbaycandır!", "Biz terrora yox deyirik", "Azərbaycan ədalət tələb edir!", "Xocalıya biganə qalma!", "Dinc və günahsızların qatillərinə ar olsun!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandırın!", "Qarabağ haqqımızdır!" şüarları səsləndiriblər.

Sonda mitinqin qətnaməsi qəbul edilib.

Aksiyada "Bayatı-Şiraz" muğamı ifa olunub.

Mitinq "Koroğlu" uvertürasının səsləndirilməsi ilə yekunlaşıb.

---------

16:21

Berlində Ümumavropa Qarabağ mitinqi keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində keçiriləcək Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi Bakı vaxtı ilə 16:00-dan etibarən Diasporla İş üzrə Dövlət Komitəsinin "facebook" səhifəsində canlı yayımlanır.

Brandenburq qapıları qarşısındakı Paris meydanı adlandırılan ərazidə saysız-hesabsız Azərbaycan bayrağı dalğalanır. Mitinqçilər əllərində "Qarabağ Azərbaycanındır!", "Terrora və işğala yox deyirik!", "Xocalılı uşaqların cəlladlarının məhkəməsini tələb edirik!", "Ermənistan Qarabağın işğalına son qoymalıdır!", "İşğala dayan deyirik!", "Qarabağ əcdadlarımızın torpağıdır!" sözləri yazılmış böyük transparantlar tutublar.

---------

14:27

Ümumavropa Qarabağ mitinqi Diasporla İş üzrə Dövlət Komitəsinin "facebook" səhifəsində canlı yayımlanacaq.

Komitədən Trend-ə verilən məlumata görə, dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində keçiriləcək Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi Bakı vaxtı ilə 16:00-dan etibarən Diasporla İş üzrə Dövlət Komitəsinin "facebook" səhifəsində canlı yayımlanacaq.

Milli.Az


Etiketlər:  Berlində Ümumavropa Qarabağ mitinqi keçirilib FOTO YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ