Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda yaralılarının sayı 75-ə çatıb - YENİLƏNİB

İranda yaralılarının sayı 75-ə çatıb - YENİLƏNİB

Tarix: 23 Fevral 2020 16:14

16:13

İranın şimal-qərbində Türkiyə ilə sərhəddə yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində zəlzələ nəticəsində 75 nəfər yaralanıb və yaralıların qəbulu davam edir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə bunu İranın Xoy Təcili Yardım İdarəsinin direktoru Muctaba Qomri Əsl deyib.

İdarə rəsmisi yaralıların qəbulunun davam etdiyini deyib.

Qomri Əsl əlavə edib ki, yaralıların əksəriyyəti evə buraxılıb. Sadəcə 6 nəfər xəstəxanalarda yatırılıb.

Qeyd edək ki, bu gün səhər İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində yerli vaxtla saat 09:22-də 5,7 bal gücündə zəlzələ baş verib.

-----------
14:10

İranın Qərbi Azərbaycan əyalətində baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İran Təcili Tibbi Yardım  Təşkilatının sözçüsü Müctəba Xalidi deyib.

M.Xalidi bildirib ki, Xoy şəhərinin Qətur bölgəsində 5,7 maqnitudalı zəlzələ zamanı 36 nəfər xəsarət alıb.

M. Xalidi deyib ki, zəlzələ yerli vaxtla saat 9:22 radələrində yerin 6 kilometr dərinliyində baş verib. Daha sonra 13 afteşok qeydə alınıb.

---------
13:40

Türkiyə ilə sərhəddə baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində İranda 25 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Qərbi Azərbaycan əyalətinin Qotur rayonunda dağılan evlər var.

Xatırladaq ki, zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 8 nəfər ölüb.

Milli.Az


Etiketlər:  İranda yaralılarının sayı 75 ə çatıb YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ