Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cənubi Koreyada koronavirusdan ölənlərin sayı 7 nəfərə çatıb

Cənubi Koreyada koronavirusdan ölənlərin sayı 7 nəfərə çatıb

Tarix: 24 Fevral 2020 08:34

Cənubi Koreyada yeni növ koronavirusdan ölənlərin sayı 7 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.

Məlumata əsasən, koronavirusa yoluxanların sayı 161 nəfər artaraq 763 nəfərə çatıb. Daha əvvəl 602 nəfərin koronavirusa yoluxduğu, 6 nəfərin isə öldüyü bildirilirdi.

Qeyd edək ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 77042 nəfərə çatıb, onlardan 2445 nəfəri ölüb, 22,8 mindən artıq insan isə sağalıb.

Milli.Az


Etiketlər:  Cənubi Koreyada koronavirusdan ölənlərin sayı 7 nəfərə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ