Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erkan Özoral: ''Koronavirus təhlükəsi ilə əlaqədar İranla sərhəddə bəzi tədbirlər görülüb''

Erkan Özoral: ''Koronavirus təhlükəsi ilə əlaqədar İranla sərhəddə bəzi tədbirlər görülüb''

Tarix: 24 Fevral 2020 11:04

Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsində hərəkətə məhdudiyyətlər fevralın 23-də axşam saat 17.00 radələrində qüvvəyə minib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral İranda koronavirus təhlükəsi ilə bağlı Türkiyənin Naxçıvan Muxtar Respubltkası ilə sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsində də hərəkəti məhdudlaşdırmasına münasibət bildirərkən deyib.

E.Özoral qeyd edib ki, İranda koronavirus təhlükəsi ilə əlaqədar Dilucu sərhəd-keçid məntəqəsində də bəzi tədbirlər görülüb: "Bu tədbirlərlə bağlı Azərbaycanın rəsmi dairələrinə lazımi məlumatlar verəcəyik. Türkiyə rəsmiləri Azərbaycan rəsmiləri ilə əlaqə saxlayır, müzakirə aparırlar. Naxçıvanın məğdur duruma düşməməsi üçün əlimizdən gələn səyləri göstərəcəyik".

Səfir Dilucu sərhəd-keçid məntəqəsində məhdudiyətlərlə bağlı tədbirlərin yeni tətbiq olunmağa başlandığını söyləyib: "Bu gün həmin tədbirlərin konkret nələrdən ibarət olacağı dəqiqləşəcək".


Etiketlər:  Erkan Özoral Koronavirus təhlükəsi ilə əlaqədar İranla sərhəddə bəzi tədbirlər görülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ