Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Simeonenin “sağ əli” gedir

Simeonenin “sağ əli” gedir

Tarix: 24 Fevral 2020 11:16

“Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin köməkçisi Herman Burqos klubu tərk edə bilər.

Qol.az xəbər verir ki, Simeone keçirdiyi mətbuat konfransında deyib ki, Burqos gələcək karyerası ilə bağlı bəyanat verməyi düşünür: “Biz Hermanla 24 ildir tanışıq. Birgə işləyərkən nə etdiyimizi yaxşı bilirik. Məndən fərqli olaraq, o, komandada sakitlik yaradır”.

Simeone “sağ əli” hesab olunan Hermanın gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirməli olduğunu söyləyib: “Bilirəm ki, o, bunu edəcək”.

Qeyd edək ki, Dieqo Simeonenin cəzası səbəbindən “Atletiko”nu La Liqada “Vilyarreal”la dünənki matça (3:1) 50 yaşlı argetinalı mütəxəssis Herman çıxarıb.

 


Etiketlər:  Simeonenin sağ əli gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ