Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 14:00
İranın Qum şəhərində koronavirusun yayılmasına görə vəziyyət ürək açan deyil, hökumət virusa nəzarətdə uğurlu addım ata bilmir.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin Qum şəhərindən olan millət vəkili Əhməd Əmirabadi Fərahani bu gün parlamentin iclasından sonra bildirib.
Onun sözlərinə görə, indiyədək Qum şəhərində koronavirusdan 50 nəfər həyatını itirib: "Şəhəri karantinə almayıblar. Tibb bacılarının karantinə uyğun geyimləri yoxdur. Hökumət xəbərlərin yayılmasında maneə yaradır".
Koronavirusdan iki azyaşlının da həyatını itirdiyini deyən Ə.Ə.Fərahani bildirib ki, 250 nəfərdən çox şəxs Qum şəhərində karantindədir. "3 həftədir koronavirus Qumda yayılıb, lakin hökumət bu məsələni gec elan edib. Apteklərdə maska çatışmazlığı mövcuddur".
Qeyd edək ki, İranın Səhiyyə naziri Səid Nəməki İranda koronavirusdan həyatlnı itirənlırin sayının 12 nəfərə çatdığını açıqlayıb.