Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Yüksəliş” müsabiqəsinin Qabiliyyət imtahanı üzrə tanışlıq testi keçirilib

“Yüksəliş” müsabiqəsinin Qabiliyyət imtahanı üzrə tanışlıq testi keçirilib

Tarix: 24 Fevral 2020 16:26

Fevralın 23-də "Yüksəliş" müsabiqəsinin Onlayn mərhələsinin Qabiliyyət imtahanı sualları üzrə tanışlıq testi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iştirakçılar saat 11:00 və 15:00 olmaqla 2 sessiyada testə qatılıblar. Tanışlıq testində abstrakt və məntiqi düşüncənin, rəqəmsal və verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə olmaqla 3 bölmədə suallar təqdim edilib. Namizədlərə hər bölmədə 5 sualı cavablandırmaq imkanı yaradılıb. Tanışlıq testinin cavablandırılması iştirakçıların növbəti mərhələlərdə nəticələrinə təsir etmir.

Əsas imtahanda iştirakçılar abstrakt düşüncənin yoxlanılması üzrə 20 suala ümumilikdə 20 dəqiqə, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə 18 sualın hər birinə 2 dəqiqə ərzində cavab verməlidirlər. Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması bölməsində 6 mətn və hər mətnə aid 5 sual (cəmi 30 sual) təqdim olunur. Hər mətni oxumaq üçün 2 dəqiqə, hər suala 2 dəqiqə vaxt ayrılır.

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsinin Onlayn mərhələsinin iki imtahanı Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. Namizədlər Qabiliyyət üzrə əsas imtahana martın 1-də qatılacaqlar. Bu mərhələni də uğurla keçən iştirakçılar Onlayn mərhələni başa vurmuş sayılır və onları qarşıda Əyani mərhələ gözləyir.

Milli.Az


Etiketlər:  Yüksəliş müsabiqəsinin Qabiliyyət imtahanı üzrə tanışlıq testi keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ