Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı polisi vətəndaşın həyatına qəsdlə bağlı iddiaları araşdırıb

Bakı polisi vətəndaşın həyatına qəsdlə bağlı iddiaları araşdırıb

Tarix: 24 Fevral 2020 20:04

Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda vətəndaşın həyatına qəsd olunması ilə bağlı iddiaları araşdırıb.

Sonxeber.net xəbər verir ki, bu barədə İdarənin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, vətəndaş Ruslan Nəsirlinin müraciəti ilə əlaqədar, fevralın 22-də Nəsimi rayonu, A.Mustafayev küçəsində həyatına qəsd olunması ilə bağlı iddiaları tam və hərtərəfli araşdırılıb: "Həmin avtomobilin sürücüsü müəyyən olunaraq Baş İdarəyə dəvət olunub, onun hərəkətlərində Yol Hərəkəti Haqqında Qanuna uyğun olaraq, manevr qaydalarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq edilib.

Araşdırmalar zamanı R.Nəsirliyə qarşı hər hansı qəsd faktı təsdiqini tapmayıb".


Etiketlər:  Bakı polisi vətəndaşın həyatına qəsdlə bağlı iddiaları araşdırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ