Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər superkondensatorun sıxlığını 10 dəfə artırıblar

Alimlər superkondensatorun sıxlığını 10 dəfə artırıblar

Tarix: 25 Fevral 2020 08:08

Alimlər superkondensatorun sıxlığını 10 dəfə artırmağa nail olublar. İndi onların əsasında işləyən akkumulyatorlar elektrik avtomobilinin mühərrikini enerji ilə doldurmaq üçün kifayət qədər enerji saxlaya bilər. Bu haqda London Universitet Kolleci və Çin Elmlər Akademiyasının alimləri tərəfindən "Nature Energy" jurnalında dərc edilmiş araşdırmada deyilir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, batareyalardan fərqli olaraq, superkondensatorlar çox tez enerji toplayır. Lakin enerjinin boşalması da yüksək sürətlə baş verir. Məsələ ondadır ki, mövcud superkondensatorlar çox aşağı enerji sıxlığına (batareyanın tutumunun təxminən 1/20-i) malikdirlər.

Tədqiqatçılar qrafen laminatdan hazırlanmış plyonkadan istifadə edən yeni superkondensator dizaynını təklif ediblər.

Nəticədə adi superkondensatorla müqayisədə təxminən 10 dəfə irəliləyiş əldə edilib.

Bundan başqa, alimlər bildiriblər ki, yeni material 5000 doldurma və boşalma dövründən sonra uzun xidmət müddətinə malikdir. Yeni superkondensatorlar, həmçinin çox elastikdirlər, onlar 180 dərəcəyədək qatlana bilir.


Etiketlər:  Alimlər superkondensatorun sıxlığını dəfə artırıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ