Virus Avroliqanı da ''vurdu'' - Bu oyuna azarkeş buraxılmayacaq
Tarix: 25 Fevral 2020 19:26
Avropa Liqasının 1/16 final mərhələsinin “İnter” – “Ludoqorets” cavab matçı azarkeşsiz oynanılacaq.
Qol.az xəbər verir ki, bu barədə "İnter"in rəsmi saytı məlumat yayıb. Buna səbəb isə koronavirus epidemiyasıdır.
Qeyd edək ki, ilk görüşü “İnter”in 2:0 hesablı qələbəsi ilə başa çatan komandaların cavab matçı fevralın 27-də Milandakı “Cüzeppe Meatsa” stadionunda olacaq.