Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan çempionatında kütləvi dava - AFFA cəzalandırdı

Azərbaycan çempionatında kütləvi dava - AFFA cəzalandırdı

Tarix: 25 Fevral 2020 20:42

Fevralın 22-də U-15 Liqasında keçirilən "Qarabağ"- "Sabah" oyununda dava düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda AFFA İntizam Komitəsinin bu gün çıxardığı qərarda bildirilib.

Qeyd olunub ki, final fitindən sonra "Qarabağ" və "Sabah"ın bir oyunçusu arasında dava başlayıb. Daha sonra bu dava futbolçular arasında kütləvi hal alıb.  "Qarabağ"dan və "Sabah" daha 3 oyunçu davada iştirak edib. Bu səbəbdən yeniyetmə futbolçuların hər biri 6 oyun cəzalandırılıb.

Ev oyununda təhlükəsizliyi təmin etmədiyi və azarkeşlərin də kütləvi  dava-dalaşda iştirak etməsi səbəbindən "Qarabağ" komandasına  1 oyunu azarkeşsiz keçirmək cəzası veriliv. Eyni zamanda,  məsələ ilə bağlı kluba ciddi xəbərdalıq olunub. Növbəti dəfə belə hal baş verəcəyi təqdirdə daha ciddi sanksiyalar tətbiq ediləcək. 

Milli.Az


Etiketlər:  Azərbaycan çempionatında kütləvi dava AFFA cəzalandırdı


RƏYLƏR