Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 18:44
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Mançester Siti” ilə oyun "Real"ın futbolçusu Kərim Benzema üçün əlamətdar olub.
Qol.az xəbər verir ki, fransalı hücumçu, “kral klubu”nun heyətində 100-cü Çempionlar Liqası oyununu keçirib.
32 yaşlı futbolçu bu oyunlarda 52 qol vurub. O, bu göstəricidə klub tarixinin 3-cüsü olub. Benzema “Real”la keçirdiyi 100 oyunun 66-da qalib gəlib və dörd dəfə bu turnirin qalibi adına yiyələnib.
Qeyd edək ki, Benzema 2009-cu ildən “Real”ın şərəfini qoruyur.