Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

WhatsApp qruplarının təhlükəsizliyində son vəziyyət

WhatsApp qruplarının təhlükəsizliyində  son vəziyyət

Tarix: 27 Fevral 2020 21:20

Məşhur mesajlaşma tətbiqi olan WhatsApp tez-tez təhlükəsizlik çatışmazlığı ilə gündəmə gəlir. WhatsApp-ın aid olduğu Feysbukun təhlükəsizlik çatışmazlığına baxdığımızda bir çox istifadəçinin bu vəziyyətə vərdiş etdiyini görə bilərik. Bu çatışmazlığa bir müddət əvvəl yenisi də əlavə edilib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, son günlər baş verən çatışmazlıq, Google axtarışlarında gizli qrupların meydana çıxmasına səbəb olub. Beləliklə, istənilən istifadəçi bu gizli qruplara daxil ola bilib. Birləşmiş Millətlər Təşkilatı tərəfindən qurulan Akkreditə olunmuş 48 nəfərlik qrupa girmək mümkün olub.

Ortaya çıxan çatışmazlıqla ümumilikdə 470 min WhatsApp qrupu bu vəziyyətdə olub. Mühəndis Jane Manchun Wong isə mövzu ilə bağlı açıqlamasında bildirib ki, WhatsApp bu problemi aradan qaldırıb.

Edilən testlər nəticəsində Google-da ortaya çıxan qruplar üçün dəvət linki ümumi sosial şəbəkələrdə paylaşılıb. Qruplarını və ya söhbətlərini gizli tutmaq istəyən istifadəçilərə hər kəsə açıq qrup linklərini ictimai yerlərdə paylaşmamaları tövsiyə edilib.


Etiketlər:  WhatsApp qruplarının təhlükəsizliyində vəziyyət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ