Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Virusun pandemiya potensialı var” - ÜST narahatdır

“Virusun pandemiya potensialı var” -  ÜST narahatdır

Tarix: 27 Fevral 2020 22:50

"Koronavirusun yayılması vəziyyəti ətrafında elə bir an gəlib çatıb ki, lazımi tədbirlər görülməzsə, epidemiyanın nəzarətdən çıxıb-çıxmayacağı ilə bağlı qərar vermək lazımdır".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib. "Biz hazırda həlledici mərhələdəyik", - deyə Qebreyesus Cenevrədəki konfransda bildirib.

Onun sözlərinə görə, koronavirusun təsirinə məruz qalan ölkələr effektiv onun yayılmasının qarşısını almaq üçün tədbirlər görməsə, virus nəzarətdən çıxa bilər:

"Əgər həmin ölkələr Çin kimi tədbirlər görsə, o zaman yoluxma halının azaldığını, nəticədə isə qarşısının alındığını görəcəklər.

Virus hazırda pandemiya potensialı daşıyır. Hərəkətə keçmək lazımdır"


Etiketlər:  Virusun pandemiya potensialı ÜST narahatdır


RƏYLƏR