Tarix: 23 May 2019 22:24
İngiltərə millisi və "Çeli"nin sabiq futbolçusu Con Terri tezliklə baş məşqçi ola bilər.Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, hazırda "Aston Villa"da köməkçi məşqçi kimi çalışan keçmiş müdafiəçi "Midlsbro" ilə razılıq əldə edib. Çempionşip təmsilçisi ilə Qabriel Batistuta da danışıq aparıb. Lakin Terrinin baş məşqçi vəzifəfəsinə ən real namizəd olduğğu bildrilir.
Qeyd edək ki, C.Terri 2003-2012-ci illərdə İngiltərə millisində 78 oyuna çıxıb.