Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hokkaydo prefekturasında fövqəladə vəziyyət elan edildikdən sonra Sapporonun küçələri boşalıb

Hokkaydo prefekturasında fövqəladə vəziyyət elan edildikdən sonra Sapporonun küçələri boşalıb

Tarix: 29 Fevral 2020 20:36

Yaponiyanın şimalında yerləşən Hokkaydo prefekturasında yeni koronavirus təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edildikdən sonra burada ictimai fəaliyyət demək olar ki, dayanıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, prefekturanın mərkəzi şəhəri Sapporoda küçələr boşalıb.

Xatırladaq ki, fevralın 29-da qubernator Naomiçi Suzuki martın 19-dək prefekturada fövqəladə vəziyyət elan edib. Qubernator sakinləri istirahət günlərində ictimai yerlərə getməkdən çəkinməyə çağırıb.

Sapporonun ən qaynar istirahət yerlərindən biri olan Odori parkında çox az sayda insan müşahidə edilir. Halbuki, bu park istirahət günlərində turistlərin və şəhər sakinlərinin əylənmək üçün gəldikləri yerlərdən biridir. Şəhərdə görünən tək-tək insanlar infeksiyadan qorunmaq üçün tibbi maskadan və əlcəkdən istifadə edirlər.

Qubernatorun çağırışına diqqətlə yanaşan insanlar vəziyyətin tezliklə qaydaya düşəcəyinə inandıqlarını bildirirlər.


Etiketlər:  Hokkaydo prefekturasında fövqəladə vəziyyət elan edildikdən sonra Sapporonun küçələri boşalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ