Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürək xəstəlikləri riskini azaldan məhsullar - SİYAHI

Ürək xəstəlikləri riskini azaldan məhsullar - SİYAHI

Tarix: 1 Mart 2020 20:00

Paxlalıların istifadəsi müxtəlif ürək-damar xəstəliklərinin yaranmasının qarşısını almağa kömək edir.

Sonxeber.net bildirir ki, bu nəticəyə Amerika Həkimlər Komitəsinin ekspertləri gəliblər.

Mütəxəssislərin sözlərinə görə, rasiona lobya, mərcimək və noxud daxil edilməsi infarkt və insult riskini on faiz azaldır. Məsələ ondadır ki, bu bitkilərin tərkibində çoxlu miqdarda sellüloza, zülal və digər mikroelementlər var.

Eyni zamanda, paxlalıların tərkibində yağ az olur, aşağı qlikemik indeksə malikdir  və tərkibində xolesterin olmur.

Tədqiqatçılar qeyd edirlər ki, pəhrizə paxlalıların əlavə edilməsi qan təzyiqinin də azalmasına kömək edə bilər. (ölkə.az)


Etiketlər:  Ürək xəstəlikləri riskini azaldan məhsullar SİYAHI


RƏYLƏR