Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsraildə 11 ay ərzində üçüncü parlament seçkiləri keçirilir

İsraildə 11 ay ərzində üçüncü parlament seçkiləri keçirilir

Tarix: 2 Mart 2020 09:00

İsraildə 11 ay ərzində ardıcıl üçüncü parlament seçkiləri keçirilir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, əvvəlki iki dəfə seçkilərin nəticələrinə əsasən hökumət koalisiyasını yaratmaq mümkün olmadı - bu vəziyyət dövlətin 72 il mövcud olduğu vaxtda ilk dəfə ortaya çıxıb.

Bugünkü seçkilərin nəticələrindən sonra Knessetə seçkilərdə qalib gələn partiya lideri yenidən parlamentdə çoxluq koalisiyası toplamağa çalışacaq. Bunun üçün ona 120 Knesset deputatının ən azı 61-nin dəstəyini alması lazımdır.

Bu gün İsraildə 10 840 seçki məntəqəsi fəaliyyət göstərəcək. Onların əksəriyyəti 7.00-dan 22.00-dək açıq olacaq.


Etiketlər:  İsraildə ərzində üçüncü parlament seçkiləri keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ