Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2020 15:33
Cənubi Koreyanın “Samsung Electronics” şirkəti Vyetnamda elmi tədqiqat mərkəzinin inşasına başlayıb. Layihənin dəyəri 220 milyon dollar təşkil edir.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, şirkətin Vyetnam bölməsinin bəyanatına görə, 2200-3000 nəfərin çalışacağı Hanoy mərkəzinin tikintisi 2022-ci ilin sonunda başa çatacaq.
Məlumata görə, Cənub-Şərqi Asiyada ən böyük olacaq mərkəz Cənubi Koreya şirkətinin süni intellekt, “Əşyaların interneti”, iritutumlu məlumatlar və “5G” kimi sahələrdə tədqiqat potensialını genişləndirməyə imkan verəcək.
Qeyd edək ki, “Samsung” Vyetnamda böyük xarici sərmayədar hesab edilir. Onun ölkə iqtisadiyyatına qoyduğu investisiyaların həcmi 17 milyard dollara bərabərdir.
Dövlət gömrük orqanlarının məlumatına görə, ötən il Vyetnamda Cənubi Koreya şirkəti tərəfindən istehsal edilən smartfon və ehtiyat hissələrinin ixracı 4,4 faiz artaraq 51,38 milyard dollara çatıb.
Nizam Nuriyev